...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 10 yeni saziş imzalanacaq

Siyasət Materials 25 Sentyabr 2012 08:37 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında 10 yeni saziş imzalanmaq üçün hazırlanıb.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 10 yeni saziş imzalanacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında 10 yeni saziş imzalanmaq üçün hazırlanıb.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının müstəqiliyinin 80 ci ildönümünü ilə bağlı Bakıda keçirilən tədbir zamanı bu ölkənin Azərbaycandakı səfiri Fəxd bin Əli əl-Dusari bildirib.

"İki ölkə arasındakı münasibətlər yüksək səviyədə inkişaf edir. Hazırda ölkələr arasında 11 sazış imzalanıb və daha 10 sazış imzalanmaq üçün hazırdır", - o deyib.

Təbdirdə Azərbaycan hökuməti adından çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, bu ilin ilk yarısında Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında ticarət dövriyəsi 44 % artıb. Nazir Azərbaycanda 450 yaxın Saudi Ərəbstandan olan şirkətin çalışdığını bildirib və Azərbaycanla Səudi Ərəbistan əlaqələrinin daha da çox inkişafina ümüdvar olduğunu vurğulayıb.

Mustafayev öz çıxışında Səudiyyə Ərəbistanına Ermənistan-Azərbaycan, Dağlig Garabağ münaqişəsnin həllində Azərbaycanın ədalətli mövqeyini daima dəstəklədiyinə görə öz təşəkürlərini bildirib.

Xəbər lenti

Xəbər lenti