...

İlham Əliyev: Azərbaycan və Rusiya münasibətləri Qafqazda sülh, təhlükəsizlik naminə bundan sonra da inkişaf edəcək

Siyasət Materials 6 Oktyabr 2012 11:45 (UTC +04:00)
Hörmətli Vladimir Vladimiroviç, əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Rusiya Sizin rəhbərliyiniz altında cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl surətdə irəliləyir. Ölkənin beynəlxalq aləmdə artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınızla bağlıdır" İlham Əliyevin təbrik məktubunda qeyd edilib
İlham Əliyev: Azərbaycan və Rusiya münasibətləri Qafqazda sülh, təhlükəsizlik naminə bundan sonra da inkişaf edəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Putini 60 illiyi münasibətilə təbrik edib.

"Hörmətli Vladimir Vladimiroviç, əlamətdar yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Rusiya Sizin rəhbərliyiniz altında cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl surətdə irəliləyir. Ölkənin beynəlxalq aləmdə artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınızla bağlıdır" İlham Əliyevin təbrik məktubunda qeyd edilib.

Təbrik məktubunda daha sonra qeyd olunub:

"Siz Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə sanballı şəxsi töhfələr vermisiniz. Sevindirici haldır ki, bu münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmışdır və indi strateji tərəfdaşlıq xarakteri daşıyır.
Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxsahəli əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz xalqlarımızın rifahı, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir.
Bizim aramızda yaranmış etimadı, dostluq münasibətlərini yüksək qiymətləndirirəm.
Əziz Vladimir Vladimiroviç, Sizə və bütün ailənizə səadət, firavanlıq və uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti