...

Türkiyə Suriyanın hava məkanı vasitəsilə uçuşları dayandırdı

Siyasət Materials 11 Oktyabr 2012 13:45 (UTC +04:00)
Suriya təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyə özünün bəzi aviareyslərinin marşrutlarını dəyişdirib və Suriyanın hava məkanı vasitəsilə uçuşları dayandırıb.
Türkiyə Suriyanın hava məkanı vasitəsilə uçuşları dayandırdı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyə özünün bəzi aviareyslərinin marşrutlarını dəyişdirib və Suriyanın hava məkanı vasitəsilə uçuşları dayandırıb. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, çərşənbə günü Türkiyə HHQ-yə məxsus F-16 qırıcıları Moskvadan Dəməşqə uçan, göyərtəsində 35 sərnişinin olduğu Suriyanın "Аirbus А-320" təyyarəsini Ankara aeroportunda yerə enməyə məcbur edib. Səbəb kimi təyyarənin göyərtəsində hərbi yükün olması ehtimalı irəli sürülüb.

Suriya təyyarəsinin göyərtəsində axtarış beş saat davam edib. Türkiyə tərəfi axtarışın nəticələri üzrə hərbi məqsədlər üçün istifadə olunan radiostansiyaların hissələrinin aşkar edildiyini elan edib.

Daha sonra Türkiyə Suriya təyyarəsinə Ankaradan yola düşməyə icazə verib, lakin göyərtədəki yükün bir hissəsinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti