...

Azərbaycan miqrasiya ilə bağlı bir neçə sənədə qoşulub

Siyasət Materials 17 Oktyabr 2012 15:08 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, bunu xidmətin rəis müavini Pərviz Musayev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı ölkələrinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 12-ci iclasındakı çıxışında deyib.
Azərbaycan miqrasiya ilə bağlı bir neçə sənədə qoşulub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 8 ayında Azərbaycandan 9054 əcnəbi çıxarılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, bunu xidmətin rəis müavini Pərviz Musayev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı ölkələrinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 12-ci iclasındakı çıxışında deyib.

İclasda çıxış edən Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin 8 ayını əhatə edən nəticələrdən danışıb. O bildirib ki, 2012-ci ilin 8 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi, əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi, mövcud fərdi icazələrin müddətinin uzadılması, vətəndaşlıq və qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 38 189 müraciət daxil olub. Hesabat dövründə keçirilmiş tədbirlər nəticəsində 11 376 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub, onlardan əsas olduğu üçün 2322 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 8017 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 1037 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

İclas çərçivəsində miqrasiya ilə bağlı bir neçə sənəd qəbul edilib.

İclasda "MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında", "MDB iştirakçı dövlətlərində miqrasiyanın vəziyyəti haqqında", "MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının miqrasiya sahəsinə dair qərarlarının həyata keçirilməsinin gedişatı haqqında", "MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qanunsuz miqrasiyanın qarşısının alınması üzrə Əməkdaşlıq Proqramının həyata keçirilməsinin gedişatı haqqında", "2025-ci ilə qədər Rusiya Federasiyasının dövlət miqrasiya siyasəti Konsepsiyası haqqında", "MDB iştirakçı dövlətlərinin əhalisində əməkçi miqrantlara münasibətdə tolerant münasibətin formalaşdırılması məqsədilə MDB iştirakçı dövlətlərinin miqrasiya orqanlarının KİV ilə qarşılıqlı əlaqəsi haqqında" qərarlar qəbul edilib.

Azərbaycan "MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında" qərar istisna olmaqla digər qərarlara qoşulub.

Sonda Şuranın növbəti 13-cü iclasının 2013-ci ilin birinci yarısında Belarusda keçirilməsi qərara alınıb.

Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nümayəndə heyətləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti