...

Elmar Məmmədyarov Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq forumda iştirak edəcək

Siyasət Materials 16 Noyabr 2012 09:38 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nahyan Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovu Əbu-Dabidə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etməyə dəvət edib.
Elmar Məmmədyarov Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq forumda iştirak edəcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nahyan Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovu Əbu-Dabidə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etməyə dəvət edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarovun Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etmək məqsədilə cari ilin 16 noyabr tarixində bu ölkəyə səfəri başlayır.

Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş Forumda dünyanın bir sıra ölkələrinin sabiq və hazırkı xarici işlər nazirləri, nüfuzlu ictimai-siyasi xadimlər və elm adamları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti