...

Gennadi Zyuqanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafından razıdır

Siyasət Materials 22 Noyabr 2012 10:50 (UTC +04:00)
Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri, Dövlət Dumasının deputatı Gennadi Zyuqanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafından razılığını ifadə edib.
Gennadi Zyuqanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafından razıdır

Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbir M.Əliyev/

Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri, Dövlət Dumasının deputatı Gennadi Zyuqanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafından razılığını ifadə edib.

"Mən məmnunam ki, Rusiya və Azərbaycanın əlaqələri möhkəmlənir. Bizim partiyamız həmişə dostluğu və xalqların qardaşlığını dəstəkləyib", - Trend-in məlumatına görə, Zyuqanov cümə axşamı Bakıda jurnalistlərə deyib.

O, Bakıda açılan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak edir.

"Bütün cənub boyu hərbi əməliyyatlar gedir və biz bu zolaqla sərhəddəyik. Təhlükəsizliyi və davamlı inkişafı təmin edərək biz öz ölkələrimizi, xalqlarımızı, sərhədlərimizi artıq baş verən böyük sarsıntılardan qoruyuruq. Biz bu kursu davam etdirməliyik və xatırlamalıyıq ki, bu dünyada rəqabət aparmaq üçün çiyinlərdə 300 milyonluq əhaliyə malik olmaq lazımdır. Yalnız Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Azərbaycan ittifaqda öz təhlükəsizliyini, öz bazarlarını, maraqlarını və elmi-texniki tərəqqini təmin edə bilərlər", - Zyuqanov güman edir.

Rusiya siyasətçisi qeyd edib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası Bakıda, demək olar ki, 200 ölkənin cəlb olunduğu dünya böhranının yeni dalğasının fonunda keçirilir.

"Mövzu çox əhəmiyyətlidir. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda baş verənlərin fonunda sülh, təhlükəsizlik və barışıq. Mənim fikrimcə, burada, Bakıda bu ən mürəkkəb böhrandan necə çıxmaq barədə ciddi danışmaq lazımdır. Xatırlatmaq istəyirəm ki, kapitalizmin 150 illik tarixi ərzində12 ağır böhran baş verib. Onlardan son ikisi keçən əsrdə iki dünya müharibəsi ilə başa çatdı", - Zyuqanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan çox gözəl zəhmətsevən respublikadır, burada sülhün və müharibənin nə demək olduğunu gözəl bilirlər.

"Mən Bakı ilə məmnuniyyətlə tanış oldum, çoxdan burada olmağı arzu edirdim. Bakı çox gözəl şəhərdir, insanları maraqlı və zəhmətsevəndir. Ümid edirəm ki, Asiya ölkələrindən qonaqların Bakıya gəlişi sülh və əmin-amanlığın problemlərinin həllinə öz töhfəsini verəcək", - Zyuqanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti