...

Azərbaycan AŞ PA Bürosunun və Daimi Komitəsinin iclaslarında iştirak edir

Siyasət Materials 29 Noyabr 2012 19:03 (UTC +04:00)
Andorranın Lavella şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun və Daimi Komitəsinin iclasları keçirilir.
Azərbaycan AŞ PA Bürosunun və Daimi Komitəsinin iclaslarında iştirak edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Andorranın Lavella şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun və Daimi Komitəsinin iclasları keçirilir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclaslarda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edir.

Burada dünyada cari siyasi vəziyyət, Gürcüstan, Monteneqro və Ukraynada son parlament seçkilərinin nəticələri, ailə məhkəmələrində insan haqlarının qorunması, qeyri-tolerantlıq, irqçilik və ksenofobiya ilə mübarizədə QHT-lərin rolu, uşaq hüquqlarının qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Həmçinin, dekabrın 3-də Parisdə AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcək. İclasda komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova iştirak edəcək.

Tədbirdə Cənub-Şərqi Avropada gender bərabərliyi, qadınlara qarşı zorakılıq, siyasi partiyalar və qadınların siyasətdə təmsilçiliyi, milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sahibə Qafarova iclasda "Əmək bazarında yaş diskriminasiyası" mövzusunda məruzə ilə çıxış edəcək, məruzə ətrafında müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti