...

Strateji Araşdırmalar Mərkəzinin 5 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Siyasət Materials 3 Dekabr 2012 22:18 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 5 illiyinə həsr edilmiş tədbir keçirilib.
Strateji Araşdırmalar Mərkəzinin 5 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 5 illiyinə həsr edilmiş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, ötən dövr ərzində SAM dünyanın 17 nüfuzlu beyin mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yaxın gələcəkdə əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulub.

Tədbirdə bildirilib ki, bu günədək SAM-ın dəvəti ilə 53 ölkədən 220-dən artıq dövlət xadimləri, ekspertlər bu təşkilatının tədbirlərdə iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycan öz qara qızılını intellektual qızıla çevirib.
"Azərbaycan artıq öz siyasətində, iqtisadiyyatında və bütün sahələrin inkişafında intellektə, intellektin gücünə, intellektual inkişafa önəm verir", - Aslanov bildirib.

O qeyd edib ki, 5 il öncə SAM-ın yaradılması bu gün öz bəhrəsini verir. "SAM-ın bu illər əzində inkişaf etməsi, bir sıra uğurlu layihələrə imza atması, yüzlərlə xarici eksperti Azərbaycana dəvət etməsi Azərbaycanın təbliğinə və inkişafına yönəlib. Bu gün SAM dünya səviyyəsində öz sözünü deməyi bacaran elm mərkəzidir", - Aslanov deyib.

Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, qurumun fəaliyyəti getdikcə genişlənir.

"Bizim həm maddi texniki bazamız, həm də insan resurslarımız mövcuddur ki, bu da üzərimizə düşən işləri keyfiyyətlə yerinə yetirməyə imkan verir", SAM direktoru deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti