...

Azərbaycan Kuba üçün həmişə dost ölkə olub və olacaq - səfir

Siyasət Materials 27 Dekabr 2012 14:24 (UTC +04:00)
Azərbaycan Kuba üçün həmişə dost ölkə olub və olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında Kubanın Azərbaycandakı səfiri Omar Medina Kintero deyib.
Azərbaycan Kuba üçün həmişə dost ölkə olub və olacaq - səfir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Kuba üçün həmişə dost ölkə olub və olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında Kubanın Azərbaycandakı səfiri Omar Medina Kintero deyib.

Səfirin sözlərinə görə, Azərbaycan və Kuba iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də mədəni və humanitar sahələrdə uğurla əməkdaşlıq edirlər.

"Azərbaycan həmişə Kubanın yanındadır. Bir çox kubalı mütəxəssislər məhz Azərbaycanda ali təhsil alıblar. Azərbaycanın enerji sahəsində zəngin təcrübəsi var və Kuba bu təcrübənin öyrənilməsinə maraq göstərir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın daha bir perspektivli sahəsi turizm sektoru ola bilər.

Diplomat inqilabdan sonra Kubanın ictimai-siyası həyatından da danışıb.

Qeyd edək ki, yanvarın 1-də Batistanın diktator rejiminin devrilməsi və ölkənin sosializm yoluna qədəm qoyması günü qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti