...

İran islahatçıları eks-prezidentin seçkilərdə iştirakı ilə bağlı ali liderə müraciət ediblər

Siyasət Materials 27 Dekabr 2012 17:08 (UTC +04:00)
İran islahatçıları sabiq Prezident Məhəmməd Xatəminin qarşıdakı prezident seçkilərdə iştirakı məsələsi ilə bağlı ölkənin ali lideri Ayətullah Əli Xamneyiyə məktub göndəriblər.
İran islahatçıları eks-prezidentin seçkilərdə iştirakı ilə bağlı ali liderə müraciət ediblər

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbirlər T.Cəfərov, Y.Kosoplapova/

İran islahatçıları sabiq Prezident Məhəmməd Xatəminin qarşıdakı prezident seçkilərdə iştirakı məsələsi ilə bağlı ölkənin ali lideri Ayətullah Əli Xamneyiyə məktub göndəriblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ILNA agentliyi İran İslam Koalisiyası Partiyasının nümayəndəsi Əsədullah Badamçyana istinadən məlumat verir.

Seyid Məhəmməd Xatəmi 1997-ci il avqustun 2-dən 2005-ci il avqustun 3-dək ölkə başçısı olub.

Badamçyanın sözlərinə görə, islahatçılar məktublarında ali liderdən Xatəminin qarşıdakı seçkilərdə iştirakına icazə verməyi xahiş ediblər.

İranda növbəti prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

"İslahatçıların növbəti prezident seçkilərinə münasibətdə bir neçə yanaşması var. Bəziləri deyirlər ki, onlar seçkilərdə iştirak etməyəcəklər. Digərləri seçkiləri boykot etməyə çağırır. Bir qrup isə Məhəmməd Xatəmininin seçkilərdə namizədliyinə ümid edir", - Badamçyan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti