...

Azərbaycan səfiri etimadnamələrini Filippin prezidentinə təqdim edib

Siyasət Materials 14 Yanvar 2013 07:56 (UTC +04:00)
Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedaki səfiri Tamerlan Qarayev Filippin prezidenti Beninyo Akvinoya Azərbaycan Respublikasının Filippin Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması ilə bağlı etimadnamələrini təqdim etmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Azərbaycan səfiri etimadnamələrini Filippin prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedaki səfiri Tamerlan Qarayev Filippin prezidenti Beninyo Akvinoya Azərbaycan Respublikasının Filippin Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması ilə bağlı etimadnamələrini təqdim etmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Etimadnamələrin təqdim olunması mərasimində səfiri salamlamaq üçün fəxri qarovul düzülmüş, iki ölkənin dövlət himnləri səsləndirilmiş, bayraqları ucaldılmışdır.

Mərasimin davamında səfir ilə Filippin prezidenti arasında təkbətək görüş keçirilmişdir.

Qarayev Azərbaycanın Filippin ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etmişdir. Səfir Filippin ilə qarşılıqlı faydalı əməkdaşlığımızın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan Qarayev, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20% Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu bildirmişdir.

Filippin prezidenti Baninyo Akvino iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. O, Filippin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir. Prezident Filippin dövlətinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu çərçivədə hökumətinə səfirlik ilə sıx əməkdaşlıq etməyə tövsiyələrinin veriləcəyini vurğulamışdır.

Akvino, hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə müvafiq tapşırıqların veriləcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını vəd etmişdir. Həmçinin, Prezident Azərbaycanın qədim tarixə malik olduğu haqqında məlumatının olduğunu bildirmiş və Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti