...

Aİ: Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir

Siyasət Materials 28 Yanvar 2013 13:43 (UTC +04:00)
Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir.
Aİ: Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobia deyib.

"Avropa vətəndaşlarının Azərbaycana gəlməsi heç də asan deyil, buna görə də viza rejiminin sadələşdirilməsi məsələsi birlikdə həll edilməlidir", - Kobia qeyd edib.

Onun sözlərinə görə, bu məsələni həll edilməz adlandırmaq olmaz.

"Bu baxımdan regionun Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrini misal göstərmək olar. Həmin ölkələrin hökumətləri artıq viza rejiminə dair siyasi dialoqu yekunlaşdırıblar", - Kobia bildirib.

Onun sözlərinə görə, ümumilikdə viza rejiminin sadələşdirilməsi məsələsinin həlli siyasi iradənin mövcudluğundan asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti