...

KTMT nümayəndə heyəti Ermənistana gəlir

Siyasət Materials 28 Yanvar 2013 15:55 (UTC +04:00)
Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın dəvəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti Yerevana gəlir.
KTMT nümayəndə heyəti Ermənistana gəlir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın dəvəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti Yerevana gəlir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə KTMT-nın 40 üzvü, həmçinin təşkilatın yüksəkvəzifəli məmurları, hərbi-texniki əməkdaşlıq üzrə qurumlararası komissiyası və onun tərkibində fəaliyyət göstərən İşgüzar Şuranın üzvləri daxildir.

Səfər çərçivəsində hərbi-texniki əməkdaşlıq üzrə qurumlararası komissiya və onun tərkibində fəaliyyət göstərən İşgüzar Şuranın Ermənistan-Rusiya tərkibli iclası keçiriləcək. İclasın yekunu üzrə protokol imzalanacaq. Tədbir çərçivəsində Ermənistan-KTMT-nin birgə addımlarının həyata keçirilməsi, həmçinin hərbi-iqtisadi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələləri müzakirə ediləcək.

Səfər çərçivəsində Rusiyanın hərbi-sənaye müəssisələrinin rəhbərləri Ermənistanın bu sahədəki müəssisələrinə baş çəkəcək, onların istehsal imkanları ilə tanış olacaq, əməkdaşlığın yeni proqramlarını müəyyənləşdirəcəklər.

Baqdasaryan və Bordyuja Ermənistanda KTMT Akademiyasının təsis edilməsi haqqında memorandum imzalayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti