...

SAM Avropa İttifaqı və Rusiyaya çağırış etdi

Siyasət Materials 7 Fevral 2013 13:03 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Avropa İttifaqı və Rusiyaya çağırış etdi.
SAM Avropa İttifaqı və Rusiyaya çağırış etdi

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Avropa İttifaqı və Rusiyaya çağırış etdi.

Trend-in məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov Rusiyanın Ermənistana silah satması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan heç vaxt iki ölkə arasında münasibətlərə qarışmır. Biz yalnız bizim ölkənin milli maraqlarına toxunan münasibətlər haqqında fikir bildiririk. Bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması dövründə də baş verib.

"Bizim əsas narahatlğımız ondan ibarətdir ki, Ermənistanın işğalçı siyasəti dolayı yollarla dəstləklənir. Bunlar da ilk növbədə Ermənistanın sialhlanması və digər məsələlərdır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistana 1 milyard dollar kredit verməsi və hər hansı şərhsiz - regional inteqrasiyanın şərti olmadan və Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı siyasətindən geri çəkilmək şərti olmadan bu pulun verilməsi məhz Ermənistanın bu siyasəti davam etdirməsinə şərait yaradır.

"Hər iki tərəfi Ermənistanın bu aqressiv siyasətindən əl çəkməsi üçün ona hansısa bir dəstəyin verilməsindən uzaq olmağa çağırırıq", - SAM direktoru bəyan edib.

O deyib ki, digər tərəfdən, KTMT-nin Ermənistanda bu qədər fəallıq göstərməsi o qədər də aydın deyil. Çünki bu təşkilat Mərkəzi Asiyada təhlükəsizliyin təmin olunması istiqamətində və məqsədilə yaradılmışdı. Bu gün bu təşkilatın əsas fəaliyyəti, onun baş katibinin bəyanatlarının böyük əksəriyyəti Qafqaz regionu və Ermənistanla bağlıdır: "Bu bizə aydın deyil ki, ikinci ən böyük dövlətini itirən təşkilat balaca Ermənistanla məşğul olur və fəallığı da bu ölkə ilə məhdudlaşır. Bu istiqamətdə atılan addımlar, Ermənistanda Hərbi Akademiyanın açılması, hərbi təlimlərin keçirilməsi, bu balaca məkanda Rusiya və təşkilat üçün KTMT-nin nizamnaməsində göstərilən təhdidlərin olmadığı yerdə bu qədər fəallığın göstərilməsi bizə aydın deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti