...

İstanbulda ekspertlər səviyyəsində İran-"altılıq" ölkələri danışıqları keçiriləcək

Siyasət Materials 27 Fevral 2013 13:34 (UTC +04:00)
İranın nüvə proqramı üzrə "altılıq" ölkələrindən ibarət beynəlxalq vasitəçilər Almatıda görüşün yekunu üzrə İran nümayəndələri ilə martın ortalarında İstanbulda ekspertlər səviyyəsində görüş keçirməyə dair razılığa gəliblər.
İstanbulda ekspertlər səviyyəsində İran-"altılıq" ölkələri danışıqları keçiriləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

İranın nüvə proqramı üzrə "altılıq" ölkələrindən ibarət beynəlxalq vasitəçilər Almatıda görüşün yekunu üzrə İran nümayəndələri ilə martın ortalarında İstanbulda ekspertlər səviyyəsində görüş keçirməyə dair razılığa gəliblər.

Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"İkigünlük danışıqların yekunu üzrə martın 17-18-də İstanbulda ekspertlər səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub. Yəni bu, siyasi rəhbərlər deyil, məhz ekspertlər səviyyəsində görüş olacaq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti