...

Bundestaq sədri: Ermənistan Aİ-yə daxil olma prespektivinə malik deyil

Siyasət Materials 7 Mart 2013 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Almaniya Bundestaqının sədri Norbert Lammert hesab edir ki, Ermənistan Avropa İttifaqına daxil olmaq üçün real prespektivə malik deyil. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

"Biz Ermənistanla əməkdaşlığı yüksək qiymətləndiririk, ölkənin Aİ-yə inteqrasiyası genişlənməlidir, amma mən bir çox səbəblərdən Ermənistanın Aİ-yə daxil olması üçün real prespektivlər görmürəm", - Lammert Yerevan Dövlət Universitetində məruzə ilə çıxışı zamanı qeyd edib.

Avropa İttifaqının gələcəyi haqqında danışan Bundestaq sədri Aİ-Türkiyə münasibətlərinə də toxunub.

"Mən Türkiyəni nümunə gətirə bilərəm. Türkiyə Aİ-yə daxil olmaqla bağlı danışıqlara başlayıb, lakin mən hələ də buna şübhə ilə yanaşıram. Sual yaranır: Məcburdurmu və buna nail olmaq mümkündürmü? Hələ ki, Aİ-nin genişlənmək üçün tutarlı səbəbi yoxdur", - Lammert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti