Azərbaycan, Bakı, 7 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
Nüvə problemi İrana qarşı sanksiyalar tətbiq etməkdən ötrü Qərb dövlətləri üçün yalnız bəhanədir. Trend-in cümə axşamı "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamneyi bildirib.
Xamneyinin sözlərinə görə, nüvə məsələsi İranın üzləşdiyi problemlərdən biridir. Ali lider əlavə edib ki, bu problemin həll edilməsi mümkündür.
"Onların planı baş tutmadı, çünki İslam İnqilabının qələbəsi münasibətilə keçirilən təntənəli tədbirlərdə insanlar küçəyə çıxaraq hökuməti alqışladılar. Bu onların öz arzusu idi", - Xamneyi qeyd edib.
Bu yaxınlarda Qazaxıstanda İran və "5+1" ölkələri arasında nüvə problemi üzrə keçirilən danışıqlara toxunan Xamneyi vurğulayıb ki, "altılıq" əslində qiymətləndiriləsi heç bir vacib iş görmür.
"Onlar yalnız İran xalqının nüvə hüququnun kiçik bir hissəsini tanımağa razılıq veriblər. Əgər tarixə nəzər salsaq görərik ki, Qərb sazişlərinə məhəl qoymayıb və onların təklifini yalnız növbəti görüşdən sonra qiymətləndirmək mümkündür", - Xamneyi qeyd edib.