Azərbaycan, Bakı, 13 mart /Trend/
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatıb.
Podqoritsa Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Monteneqronun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Dövlətimizin başçısı martın 13-də Bakıya qayıtdı.