...

Gürcüstanın daxili işlər naziri Bakıya səfər etmək niyyətindədir

Siyasət Materials 19 Mart 2013 16:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı Ramil Usubovla maksimum sıx əməkdaşlıq qurmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Qaribaşvili media nümayəndələri ilə görüşdə deyib.

Qaribaşvili qeyd edib ki, yaxın vaxtlarda Bakıya səfər etmək niyyətindədir.

"Siyasətimiz qonşularla, xüsusilə, qardaş Azərbaycan ilə sıx əlaqələrin qurulmasından ibarətdir", - o deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ilə əməkdaşlıq Gürcüstan hökumətinin geostrateji siyasətidir və o, nazirliklərdən birinin rəhbəri kimi, hüquq-mühafizə sahəsində bu siyasətin bələdçisidir.

"Cinayətkarlıqla mübarizədə birgə maraqlarımız var və düşünürəm ki, yaxşı və sıx münasibətlər quracağıq", - Qaribaşvili deyib.

O, həmçinin Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərdə baş vermiş qarət faktlarına toxunaraq bildirib ki, bu cinayətlərin üstü açılacaq, qarət edilmiş əmlak zərərçəkənlərə qaytarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti