...

Ermənistan Meksika,İndoneziya və İsveçdə səfirliklər açacaq

Siyasət Materials 28 Mart 2013 13:39 (UTC +04:00)
Ermənistan höküməti cümə axşamı keçirlən iclasda ölkə prezidentinin Meksika,İndoneziya və İsveçdə səfərliklərinin açılması ilə bağlı sərəncamını qəbul edib.
Ermənistan Meksika,İndoneziya və İsveçdə səfirliklər açacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

Ermənistan höküməti cümə axşamı keçirlən iclasda ölkə prezidentinin Meksika, İndoneziya və İsveçdə səfərliklərinin açılması ilə bağlı sərəncamını qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Novosti-Armenia" agentliyi xəbər yayıb.

2013-cü ildə Ermənistan büdcəsindən Mekisakada səfirliyin açılmasına 150,5 milyon dram (359,6 min ABŞ dolları), İndoneziyada diplomatik nümayəndəliyin açılması üçün isə 160,5 milyon dram (383,5 min ABŞ dolları) ayrılıb.

Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryanın verdiyi məlumata görə, İsveçdə açılması üçün nəzrdə tutulan 179 milyon dram isə (427,7 min ABŞ dolları) prezidentin Ehtiyyat Fondundan ayrılacaq.

O, həmçinin qeyd edib ki, 2014-cü ildə İsveçdə yerləşəcək səfirliyin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 200 milyon dram (477,9 milyon ABŞ dolları) vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti