...

Sabirabad rayonunun inkişafına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 12 Aprel 2013 18:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sabirabad rayonunun inkişafına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti