...

ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə müşaviri Bakıda səfərdədir

Siyasət Materials 17 Aprel 2013 13:04 (UTC +04:00)
ABŞ-ın dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia Azərbaycana səfərə gəlib.
ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə müşaviri Bakıda səfərdədir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə məsləhətçisi Tomas O.Melia Azərbaycana səfərə gəlib. Bu barədə Trend-ə çərşənbə günü ABŞ səfirliyindən məlumat verilib."Melianın səfəri ötən gecə başlayıb və cümə gününə qədər davam edəcək",- səfirliyin məlumatında deyilir.

Dövlət katibinin müşavirinin səfəri zamanı yerli rəsmi şəxşlərlə görüşəcəyi planlaşdırılır. Görüş zamanı tərəflər insan hüquqları və demokratiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

Həmçinin, Melianın Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti