...

Obamaya və Uikerə göndərilmiş "zəhərli" məktubun Boston terroru ilə əlaqəsi yoxdur

Siyasət Materials 17 Aprel 2013 21:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

ABŞ prezidenti Barak Obamaya və senator Rocer Uikerə göndərilmiş "zəhərli" məktubun Boston terroru ilə əlaqəsi yoxdur.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Ağ Evdə Obamaya ünvanlanmış şübhəli məktub ələ keçirilib. FTB-nin verdiyi məlumata görə, məktubda güclü təsirə malik zəhər aşkar edilib. Lakin bunun dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Məlumatda deyilir ki, məktub Obamaya ötən gün - senator Rocer Uikerə "zəhərli" məktubun göndərildiyi gün gəlib.

Məktubun alınmasından sonra Kapitoli polisi Senatın iki binasının sakinlərini köçürüb.

Xəbər lenti

Xəbər lenti