...

Azərbaycanda keçmiş prezident, onun ailə üzvlərinin əmək pensiyası və sosial müavinətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir

Siyasət Materials 18 Aprel 2013 15:51 (UTC +04:00)
Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinə aid sosial müavinət və əmək pensiyaları ilə bağlı qanunvericiliyə dəyişkliklər edilir.
Azərbaycanda keçmiş prezident, onun ailə üzvlərinin əmək pensiyası və sosial müavinətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinə aid sosial müavinət və əmək pensiyaları ilə bağlı qanunvericiliyə dəyişkliklər edilir. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" və "Sosial müavinət haqqında" qanunlara dəyişikliklər edilərək "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna uyğunlaşdırılma aparılması müzakirə olunub.

"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunla tənzimlənəcək. "Sosial müavinət haqqında" qanuna isə "vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna əsasən ödənilən müavinət" maddəsi əlavə edilir.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, hər iki dəyişiklik Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvlərinin sosial müavinət və əmək pensiyaları ilə bağlı sənədləşdirmənin mexanizminin dəyişdirilərək yeni sistemdə tətbiq olunmasına xidmət edir.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti