Azərbaycan, Bakı, 28 aprel /Trend/
76 yaşlı Əlcəzair Prezidenti Əbdüləziz Buteflika kiçik insult keçirib. Xəstəxanaya yerləşdirilən dövlət başçısının səhhətində hazırda ciddi problemin olmadığı bildirilir. Trend-in məlumatına görə, bu barədə Əlcəzairinin APS agentliyi xəbər verir.
Baş nazir Əbdülmalik Səllal da beyin qan dövranı pozulan Prezidentin xəstəxanaya yerləşdirildiyini, hazırda səhhətinin yaxşı olduğunu deyib.
Üç dəfə Əlcəzair Prezidenti seçilən Buteflikanın 2014-cü ildə planlaşdırılan seçkilərdə yenə də iştirak edəcəyi gözlənilir.