...

Barak Obama və Vladimir Putin Suriyada kimyəvi silah problemini müzakirə ediblər

Siyasət Materials 30 Aprel 2013 03:12 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Suriyada kimyəvi silah probleminin həllinin vacibliyini qeyd edib.
Barak Obama və Vladimir Putin Suriyada kimyəvi silah problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 30 aprel /Trend/

ABŞ Prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Suriyada kimyəvi silah probleminin həllinin vacibliyini qeyd edib. Trend xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Obama Suriyada kimyəvi silah problemini xüsusilə vurğulayıb", - məlumatda deyilir.

RF Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, dövlət başçılarının telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti