...

Ərdoğan Devid Kemeron və Fransua Ollandla Suriya məsələsini müzakirə edib

Siyasət Materials 3 May 2013 00:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Devid Kemeron və Fransa Prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Ərdoğan danışıqlar zamanı ikitərəfli münasibətləri və Suriyadakı vəziyyət başda olmaqla beynəlxalq məsələləri müzakirə edib.

Kemeron Ərdoğanı çərşənbə günü Londanda keçiriləcək Somali konfransına dəvət edib, lakin Baş nazir tədbirdə xarici işlər naziri Əhməd Davudoğlunun iştirak edəcəyini bildirib.

Ərdoğanla Olland arasındakı danışıqlar zamanı isə enerji sahəsindəki əməkdaşlıq, ikitərəfli münasibətlər və Türkiyənin Avropa İttifaqına üzv olması məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti