...

BMT yeni missiya təsis edir

Siyasət Materials 3 May 2013 03:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

BMT Təhlükəsizlik Şurası Afrika İttifaqının sülhməramlıları (AMISOM) və ölkə hökumətinin dəstəyi ilə Somaliyə yardım missiyası açacaq. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Şuranın 15 üzv ölkəsi tərəfindən yekdilliklə qəbul edilən qətnamədə deyilir.

Şuranın qərarına görə, Somaliyə yardım üzrə BMT missiyası (UNSOM) bu il iyunun 3-də Moqadişoda təsis ediləcək. Missiya 12 ay fəaliyyət göstərəcək, lakin gələcəkdə bu müddət uzadıla bilər.

UNSOM-un vəzifəsi Somali hakimiyyətinə təhlükəsizlik qüvvələrinin, polisin formalaşdırılması, döyüşçülərin tərk-silah edilməsi və ərazilərin minalardan təmizlənməsində kömək etmək və məsləhət vermək olacaq.

Xəbər lenti

Xəbər lenti