...

Səfər Əbiyev Moskvaya yola düşüb

Siyasət Materials 22 May 2013 12:01 (UTC +04:00)
Mayın 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev “Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.
Səfər Əbiyev Moskvaya yola düşüb

Azərbaycan, Bakı, 22 may /Trend /

Mayın 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev "Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin Mətbuat xidmətindən daxil olan xəbərdə deyilir.

Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti