...

Riçard Morninqstar: NATO və ABŞ enerji infrastrukturunun mühafizəsi məsələləri üzrə Azərbaycanla sıx əməkdaşlıq edir

Siyasət Materials 23 May 2013 13:30 (UTC +04:00)
NATO və ABŞ enerji təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi məsələləri üzrə Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində işləyir və işləməyə davam edəcək.
Riçard Morninqstar: NATO və ABŞ enerji infrastrukturunun mühafizəsi məsələləri üzrə Azərbaycanla sıx əməkdaşlıq edir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir V. Javoronkova/

NATO və ABŞ enerji təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi məsələləri üzrə Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində işləyir və işləməyə davam edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Morninqstar bildirib: "Azərbaycan bu problemi başa düşür və biz onunla birgə işləməyi səbirsizliklə gözləyirik".

Morninqstar qeyd edib ki, NATO və Azərbaycan arasında əməkdaşlıq çox əhəmiyətlidir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi bir çox müxtəlif məsələləri ehtiva edir:

"Bu, yalnız açıq şəkildə narahatlıq doğuran terror aktları təhlükəsi deyil. Həmçinin zəlzələ kimi təbii fəlakətlər problemi, kibertəhlükəsizlik problemləri və digər məsələlər mövcuddur".

Onun sözlərinə görə, Azərbaycanın bir çox qurum və nazirlikləri enerji təhlükəsizliyinin təminatında vacib rol oynayırlar.

Səfir bütün nazirliklərin səylərinin razılaşdırılmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bütün risklərin təhlilinin aparılması, eləcə də risklərdən yayınmaq üçün resursların necə ayrılmalı olduğunu öyrənmək vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti