...

Bill Riçardson: Azərbaycan və ABŞ ikitərəfli münasibətləri möhkəmləndirməyə davam edəcəklər (FOTO)

Siyasət Materials 29 May 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Tariverdiyeva/

Azərbaycan və ABŞ ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə istiqamətlənmiş addımlar atmağa davam edəcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq üzvü Bill Riçardson Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Vaşinqton və Bakı müxtəlif sahələrdə yaxşı tərəfdaşlıq münasibətləri qururlar: "Biz Azərbaycanın iqtisadi və demokratik sahələrdə apardığı islahatları alqışlayırıq".

O qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti