...

Azərbaycanda seçicilərin 27,6 faizi 19-30 yaş arasında olanlardır

Siyasət Materials 29 May 2013 16:46 (UTC +04:00)
Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək seçicilərin sayı 4 986 296 nəfərdir. Trend məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun çərşənbə günü keçirilən iclasında bildirib.
Azərbaycanda seçicilərin 27,6 faizi 19-30 yaş arasında olanlardır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək seçicilərin sayı 4 986 296 nəfərdir. Trend məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun çərşənbə günü keçirilən iclasında bildirib.

Pənahovun sözlərinə görə, ilk dəfə səsvermədə iştirak edəcək seçicilərin sayı isə 114 minə yaxındır.

Yaşı 85-90 arası olanların sayı 27 014, 90-100 arası 6 424, yaşı 100-dən çox olan seçicilərin sayı isə 825 nəfərdir.

Pənahov qeyd edib ki, ən çox seçici yaşı olan qrup 19-30 yaş arasıdır. Bu yaşda olan seçicilərin sayı 1 317 353 nəfərdir. Bu da seçicilərin 27,6%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti