...

Milliyətçi Hərəkat Partiyası: Taksim hadisələri Ərdoğan hakimiyyətini dalana salıb

Siyasət Materials 4 İyun 2013 13:40 (UTC +04:00)
Türkiyənin Milliyətçi Hərəkat Patiyasının (MHP) Taksim hadisələri Ərdoğan hakimiyyətini dalana salıb.
Milliyətçi Hərəkat Partiyası: Taksim hadisələri Ərdoğan hakimiyyətini dalana salıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Milliyətçi Hərəkat Patiyasının (MHP) lideri Devlet Bahçeli bu gün çıxışı zamanı verdiyi açıqlamada Taksim hadisələrinin Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətini dalana saldığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Partiya lideri onu da bildirib ki, hakim partiya dövlətin milli ruhuna zərbə vurub.

Onun sözlərinə görə, Baş nazir Ərdoğan ölkədə heç bir siyasi rəqib tanımır və heç bir siyasi fikri qəbul etmir.

Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Taksim meydanında Gəzi parkında nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı ölkənin Hatay vilayətindfə bir nəfər güllə yarasından ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti