...

Aydın Hüseynov: Müxalifətin qondarma "Milli Şura" adı ətrafında vahid namizəd məsələsini həll etməsi reallıqdan çox uzaqdır

Siyasət Materials 6 İyun 2013 11:42 (UTC +04:00)
Müxalifət yenə də vahid namizəd məsələsində kompromis variant tapa bilməyəcək. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Aydın Hüseynov: Müxalifətin qondarma "Milli Şura" adı ətrafında vahid namizəd məsələsini həll etməsi reallıqdan çox uzaqdır

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

Müxalifət yenə də vahid namizəd məsələsində kompromis variant tapa bilməyəcək. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

O hesab edir ki, müxalifət vahid namizəd buxovundan qurtula bilməyəcək: "Çünki bu düşərgədə təmsil olunan şəxslərin heç biri öz iddialarından geri çəkilmək niyyətində deyillər. Bu isə müxalifətin bir nəfərin namizədliyi ətrafında birləşərək seçkiyə getmək impulsunu heçə endirir. Təcrübədə də biz bunu müşahidə etmişik ki, müxalifət düşərgəsi 20 il ərzində qatılmış olduğu bütün seçki proseslərində yekdillik nümyiş etdirə bilməyib".

Hüseynov qeyd edib ki, indiki halda isə müxalifətin qondarma "Milli Şura" adı ətrafında vahid namizəd məsələsini həll etməsi reallıqdan çox uzaqdır: "Kənar qüvvələrin diqtəsi ilə ortaya atılmış bu oyuncaq təşkilat hələ təsis olunmamış artıq bir neçə nəfərin namizədliyi ətrafında mübahislərə yer verilib. Bu da birmənalı şəkildə növbəti dəfə müxalifətin vahid namizəd məsələsini açıq problem olaraq qoyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti