...

XİN:İranda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə qayıtması sevindirici haldır

Siyasət Materials 7 İyun 2013 11:57 (UTC +04:00)
İranda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə qayıtması sevindirici haldır.
XİN:İranda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə qayıtması sevindirici haldır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/

İranda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə qayıtması sevindirici haldır. Bu Prezidentin rəhbərliyi ilə dövlətin həmişə öz vətəndaşlarının müdafiəsində dayandığının göstəricisidir. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən brifinqdə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Abdullayev qeyd edib ki, "Azərbaycan XİN dəfələrlə İrana səfər edən ölkə vətəndaşlarını ayıq olmağa cağırıb".

Qeyd edək ki, İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov dünən Azərbaycana qayıdıblar. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti