Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tanriverdiyeva/
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar qarşıdan gələn prezident seçkilərinin şəffaf keçiriləcəyinə söz verib. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, Tehranda cümə namazı zamanı bildirib.
O deyib ki, heç bir partiya seçkilər prosesinə təsir edə bilməz.
Nəccar həmçinin qeyd edib ki, İslam İnqilabından sonra keçirilən bütün seçkilər şəffaf olub: "Növbəti cümə günü bütün dünya İran xalqının seçkilərdəki iştirakını izləyəcək".
İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.