...

İlham Əliyev bir sıra ölkələrin xarici işlər nazirlərini qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyun 2013 17:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir.
İlham Əliyev bir sıra ölkələrin xarici işlər nazirlərini qəbul edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin ölkəmizə səfərini və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi də qəbul etmişdir.

Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə səfəri zamanı paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu dedi. Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirdi, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Banqladeşin xarici işlər naziri Dipu Moni Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan nazir bu əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Azərbaycan ilə Banqladeş arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin iqtisadi əməkdaşlıq, birgə layihələr və digər sahələrdə də inkişaf etdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeşin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti