...

Gezi Parkı aksiyalarında həbs edilmiş 27 xarici ölkə vətəndaşından 22-si azad edilib

Siyasət Materials 18 İyun 2013 00:00 (UTC +04:00)
İstanbulda, Ankarada və Əskişəhərdə bu günə qədər keçirilmiş aksiyalarda 27 nəfər xarici ölkə vətəndaşı gözaltına alınıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 22-i İstanbulda, 4-ü Ankarada və 1-i Əskişəhərdə həbs edilib.
Gezi Parkı aksiyalarında həbs edilmiş 27 xarici ölkə vətəndaşından 22-si azad edilib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İstanbulda, Ankarada və Əskişəhərdə bu günə qədər keçirilmiş aksiyalarda 27 nəfər xarici ölkə vətəndaşı gözaltına alınıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 22-i İstanbulda, 4-ü Ankarada və 1-i Əskişəhərdə həbs edilib.

Məlumatda deyilir ki, artıq onlardan 21-i sərbəst buraxılıb, 6-ı haqqında isə araşdırmalar davam etdirilir. İstanbulda həbs edilmiş 22 nəfərdən 19-u azadlığa buraxılarkən, alman əsilli birisi ölkədən çıxarılıb.

Qeyd edək ki, gözaltına alınmış şəxslərin İran, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yunanıstan və Kanada vətəndaşları olması da bəlli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti