...

Londonda Britaniya-Azərbaycan münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 3 İyul 2013 16:01 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda konfrans keçirəcək.
Londonda Britaniya-Azərbaycan münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda konfrans keçirəcək.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də London şəhərində (Böyük Britaniya) Mərkəzin və Birləşmiş Krallığın Müdafiə və Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (Royal United Services İnstitute for Defence and Security Studies (RUSI) birgə təşkilatçılığı ilə "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda konfrans keçiriləcək.

Konfransda "Maliyyə böhranı zamanı Avropanın Cənubi Qafqaza yardımı", "Dağlıq Qarabağ münaqişəsində Böyük Britaniyanın rolu", "Britaniya-Azərbaycan: əməkdaşlıq üçün perspektivlər" kimi mövzuların müzakirəsi planlaşdırılır.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev daxildir.

Tədbirdə Avropa İttifaqı naziri David Lidinqton, Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim, Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Piter Beytman, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və s. iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti