...

Misir XİN: Mursiyə qarşı heç bir ittiham irəli sürülməyib

Siyasət Materials 10 İyul 2013 17:09 (UTC +04:00)
Məhəmməd Mursi təhlükəsiz yerdədir və bu günə qədər ona qarşı hər hansı bir ittiham irəli sürülməyib.
Misir XİN: Mursiyə qarşı heç bir ittiham irəli sürülməyib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/

Məhəmməd Mursi təhlükəsiz yerdədir və bu günə qədər ona qarşı hər hansı bir ittiham irəli sürülməyib. Trend "əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Çərşənbə günü Misirin Baş Prokurorluğu "Müsəlman Qardaşlar" hərəkatının liderlərinin həbs olunması ilə bağlı fərman imzalayıb.

Daha əvvəl Misir KİV-ləri xəbər verirdi ki, Mursiyə qarşı cinayət işi qaldırılıb. Məlumatda həmçinin bildirilirdi ki, o, Misirin Daxili İşlər Nazirliyinin binasında saxlanılır. Daha sonra DİN bu məlumatı təkzib edib.

Ötən çərşənbə günü Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidenti seçkilərinin keçiriləcəyinə dair söz veriblər.

Misirdə olan islamçılar bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti