...

Türkiyənin təhsil naziri: Türkdilli ölkələr vahid dilin yaradılması üzrə uğurlu iş aparır

Siyasət Materials 19 İyul 2013 10:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu gün türkdilli ölkələr vahid türk dilinin yaradılması üzrə proqramı uğurla reallaşdırırlar. Trend-in "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin təhsil naziri Nabi Avcı bildirib.

Avcı deyib: "O cümlədən, YUNESKO-nun rəhbərliyi ilə vahid türk dilinin yaradılması haqqında layihələr həyata keçirilir".

Nazir, bununla yanaşı, bütün türk dünyası üçün türkdilli ölkələrin vahid tarix, coğrafiya və ədəbiyyat dərsliklərinin yaradılması üzrə işlərin başlanmasının zəruri olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti