Azərbaycan, Bakı, 20 iyul /Trend/
İsrail və Fələstin Milli Administrasiyası 3 ildə ilk dəfədir ki, birbaşa danışıqları yeniləmək niyyətindədir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Kerri vurğulayıb ki, danışıqlar bir həftədən sonra Vaşinqtonda başlamalıdır.
O, həmçinin, əldə olunmuş razılaşmanı irəliyə atılmış addım hesab edib, lakin bunların yekun müqavilə üçün yetərli olmadığını da dilə gətirib.