...

Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat vəsait ayrıldı

Siyasət Materials 12 Avqust 2013 20:25 (UTC +04:00)
Prezident İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat vəsait ayrıldı

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Prezident İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən - Əhmədli - Dünyamalılar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti