...

Pekində çin dilində Prezident İlham Əliyev haqqında kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 27 Avqust 2013 10:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pekində çin dilində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabının təqdimat mərasimini keçirib.
Pekində çin dilində Prezident İlham Əliyev haqqında kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pekində çin dilində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" adlı kitabının təqdimat mərasimini keçirib.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Pekində səfərdə olub.

Səfər zamanı SAM-ın direktoru Fərhad Məmmədov Çin Xalq Rrespublikasının (ÇXR) Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutunda çinli ekspertlər qarşısında "Azərbaycanın Qafqaz regionunda rolu" mövzusunda çıxış edib. Mühazirədən sonra tərəflər arasında mövzuya dair geniş fikir mübadiləsi aparılıb.

Daha sonra SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov tərəfindən tərcümə olunan "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" adlı kitabın təqdimat mərasimi baş tutub. Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdur.

Təqdimat mərasimi Pekin Dünya Mədəniyyət Mərkəzində SAM və Azərbaycan Respublikasının ÇXR-daki səfirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə iştirak etmiş 100-dən çox qonaqların arasında ÇXR-in rəsmi nümayəndəsi, elm xadimləri, iş adamları, ÇXR-in nüfuzlu KİV rəhbərləri, ÇXR-daki Rusiya və Qırğızıstanın fövqəladə və səlahiyyətli səfirləri, Türkiyə, Venesuela, Moldova və Ukraynanın diplomatları iştirak ediblər.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının ÇXR-daki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov başlayıb. Səfir qeyd edib ki, təqdimatı keçirilən bu kitab Azərbaycanı daha yaxından tanımaq üçün imkan yaradacaq.

Daha sonra təqdimat mərasimində ÇXR Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse prezidenti Fın Çon Pin, Etnik Universitetin professoru, türkoloq Xu Cen Xua və SAM-ın direktoru Fərhad Məmmədov çıxış edib.

Fərhad Məmmədov bildirib ki, kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlərə, onun dünya birliyinə inteqrasiyasına, ölkəmizin üzləşdiyi problemləriə həsr olunub. Onun fikrincə, bu kitab Azərbaycanla Çin dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımız bir-birini daha yaxşı tanımasına yardımçı olacaq.

Konfransdan sonra qonaqların şərəfinə ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti