Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/
Koalisiya qüvvələrinin Suriyaya müdaxilə etdiyi təqdirdə ilk aviazərbələr nəticəsində 450-ə qədər obyekt məhv edilməlidir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti NATO-dakı mənbəyə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, bundan əlavə Suriyada əməliyyatların başlanması haqqında qərar qəbul edildikdən sonra Suriya üzərində qeyri-uçuş zonası elan ediləcək. Həmçinin, Suriya ordusuna məxsus qırıcı təyyarələrə də zərbələr endiriləcək
Qəzetin məlumatına görə, Suriyaya qarşı hərbi əməliyyatların ikinci mərhələsində ölkə vətəndaşlarına təhlükəsiz humanitar yardımın çatdırılması məqsədilə Türkiyə ilə sərhəddə bufer zonanın yaradılması gözlənilir.