Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanda prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası sentyabrın onunda missiyasının qərargahının açılışı ilə öz fəaliyyətinə başlayacaq. Bu barədə Trend-ə təşkilatın İcraiyyə Komitəsindən bildirilib.
İcraiyyə Komitəsindən deyilib ki, qərargahın açılışında İcraiyyə Komitəsi sədrinin müavini Vladimir Qarkun və müşahidəçilər missiyasının rəhbəri Yevqeniy Sloboda iştirak edəcəklər.
Uzunmüddətli müşahidəçilər missiyasının heyəti artıq formalaşıb. Bura İcraiyyə Komitəsinin əməkdaşları, o cümlədən Bakıda akkreditasiya olan MDB ölkələrinin diplomatik missiyalarının nümayəndələri daxildirlər.
Azərbaycanda prezident seçkilərinin keçirilməsi oktyabrın 9-da nəzərdə tutulub.