...

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı olub

Siyasət Materials 4 Sentyabr 2013 19:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Həkim Nəzakət Nəzərli Azərbaycan Prezidentinə rayon sakinləri adından minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti