...

Səməd Seyidov: Ermənistanın Avropa Şurasına sədrliyi dövründə Avropa dəyərlərinin hansı formada həyata keçiriləcəyi sual altındadır

Siyasət Materials 20 Sentyabr 2013 13:18 (UTC +04:00)
Ermənistanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurasının qəbul etdiyi və bütün Avropa üçün əsas olan dəyərlərin hansı formada həyata keçiriləcəyi sual altındadır.
Səməd Seyidov: Ermənistanın Avropa Şurasına sədrliyi dövründə Avropa dəyərlərinin hansı formada həyata keçiriləcəyi sual altındadır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurasının qəbul etdiyi və bütün Avropa üçün əsas olan dəyərlərin hansı formada həyata keçiriləcəyi sual altındadır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, bu, çox vacib olan bir məsələdir, çünki Avropa dünyada dəyərlər haqqında danışırsa, bu dəyərləri üzv olan dövlətlərə israrlı təqdim etmək niyyətindədirsə, ilk öncə Avropa Şurasına rəhbərlik edən ölkə, yəni Ermənistan bu 6 ay müddətində ən azı həmin dəyərlərə riayət etməlidir: "Biz görürük ki, əksinə, bu məsələlər tamamilə fərqlidir. Avropa Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmir, Dağlıq Qarabağ üzrə məsələlər açıq qalır və açıq-aşkar Ermənistan bu məsələləri kənara qoymaq, müzakirə etməmək siyasətini aparır".

S.Seyidov əlavə edib ki, ancaq Ermənistan bu siyasəti nə qədər aparsa da, Azərbaycan nümayəndə heyəti öz mövqeyini gündəmdə saxlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti