...

MSK Cəmil Həsənlinin bir səlahiyyətli nümayəndəsinin qeydiyyatını ləğv edib

Siyasət Materials 21 Sentyabr 2013 16:17 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli tərəfindən təyin olunmuş məşvərətçi səshüquqlu üzvü təsdiq edilib.
MSK Cəmil Həsənlinin bir səlahiyyətli nümayəndəsinin qeydiyyatını ləğv edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli tərəfindən təyin olunmuş məşvərətçi səshüquqlu üzv təsdiq edilib.

Trend xəbər verir ki, Komissiya sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda MSK-nın katibi Arifə Muxtarova bildirib ki, C.Həsənli tərəfindən sənədlər daxil olub. Mənsum Bayramov məşvərətçi səshüquqlu üzv kimi təsdiq edilib.

Həmçinin iclasda Cəmil Həsənlinin 102 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb, 1 nəfərin isə səlahiyyətli nümayəndə qeydiyyatı ləğv edilib.

İclasda, həmçinin MSK-nın 19 sentyabr 2013-ci il tarixli iclasının protokolu təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti