Avropada təhsil alan və yaşayan azərbaycanlı gənclər həmvətənlərini prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırırlar

Avropada təhsil alan və yaşayan azərbaycanlı gənclər həmvətənlərini prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırırlar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Serbiya, Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro və Makedoniyada təhsil alan, çalışan və yaşayan azərbaycanlı gənclər oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Avropa və dünya Azərbaycan gənclərinə müraciət ediblər.

Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, 9 oktyabr 2013-cü il müasir Azərbaycan xalqının tarixində böyük əhəmiyyətə malik gündür. Gəncindən yaşlısına qədər hər kəs müstəqil Azərbaycanın Prezidentini seçmək üçün səsvermə məntəqələrinə üz tutacaq:

"Biz - Balkan regionunda yaşayan və təhsil alan Azərbaycan gəncləri doğulub boya-başa çatdığımız doğma ölkəmizin müasir müstəqillik tarixinin keçdiyi hərtərəfli inkişaf yolunun canlı şahidləri kimi bu günün önəmini dərk edirik. Çünki qədəm qoyduğumuz növbəti 5 illik yeni çağırışlar və sınaqlar dövrüdür. Bu gün qloballaşan dünyada hadisələr və proseslər çevik şəkildə inkişaf edir və qısa vaxt ərzində ölkələri və cəmiyyətləri öz təsiri altına salmaq iqtidarındadır. Belə olan halda Avropa və Mərkəzi Asiya arasında geoiqtisadi və geosiyasi baxımdan strateji mövqeyə malik olan Azərbaycanın dünyada və regionda cərəyan edən hadisələri düzgün təhlil etməsi, ona adekvat reaksiya verməsi və nəticədə öz siyasi və iqtisadi müstəqilliyini zəmanət altında saxlaması həyati önəm kəsb edir. Tarix hər zaman təkərrür edən hadisələrlə yadda qalmışdır. Bu təkərrürlər dünyada haqq və ədaləti təbliğ edən toplumların xeyrinə, dağıdıcı və məkrli məqsədlərlə insanlara bir növ zülm edən toplumların əleyhinə baş vermişdir. Min bir iztirab və məşəqqətlə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu hazırlayanlara qarşı Azərbaycan xalqı bir daha öz mübarizliyini nümayiş etdirərək qanı və canı bahasına onu gələcək nəsillərə yenidən hədiyyə etdi. Biz gənclər xalqımıza müstəqillik bəxş edənləri əsla unutmadıq və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, siyasi sabitliyin bərqərar olunmasında, dinamik iqtisadi inkişafın əsasının qoyulmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini gördük və yaşadıq".

Qeyd olunur ki, uzun illərdir ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik xalqımızın rifahında, onun əmin-amanlığında vacib rola malikdir. Demokratik hüquqi dövlət quruculuğu da məhz bu münbit şəraitdən qidalanır və sürətlə inkişaf edir. Bu gün demokratik dəyərlər hər bir mütərəqqi cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də inkişafının özəyini təşkil edir. Bu istiqamətdə əldə edilmiş hər bir nailiyyətin əsasında dövlətin xalqın mənafeyinə söykənən iradəsi və qətiyyətli siyasəti dayanır. Azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu dünyada müşahidə olunan meyillərə kortəbii şəkildə uyğunlaşmaq məqsədi daşımamalı, xalqımızın tarixi dəyərləri ilə ziddiyyət yaratmamalı, ən əsası, Azərbaycanın müstəqilliyinin əbədiliyinə və dönməzliyinə xidmət etməlidir:

"Biz müvafıq sahədə həyata keçirilən ardıcıl islahatların mahiyyətində bu ana xətti səmimi qəlbdən alqışlayırıq. Sarsılmaz dayaqlar üzərində qurulmuş Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Bir çox inkişaf etmiş ölkələrdə tənəzzül və siyasi çaxnaşmalara səbəb olan dünya iqtisadi böhranı ölkəmizi öz dağıdıcı təsiri altına ala bilmədi. Güclü makroiqtisadi siyasət nəticəsində ölkəmiz ən çətin dövrlərdə belə, iqtisadi artıma nail oldu, inflyasiyanı, işsizliyi stabil səviyyədə saxlaya bildi. Bununla yanaşı, Azərbaycan dövləti sosial yönümlü iqtisadi siyasətini qətiyyətlə yürüdərək əməkhaqqı, pensiya və digər təminatları artırdı.

Azərbaycanın müstəqil xarici siyasəti dövlətimizə, eləcə də ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizə başucalığı gətirən uğurdur. Azərbaycan yerləşdiyi bölgədə supergüclərin maraqlarının toqquşduğu və müxtəlif iddiaların hədəfinə çevrilən ölkə olmasına baxmayaraq, ağıllı, uzaqgörən və cəsarətli xarici siyasət yürüdür. Azərbaycanın xarici ölkələrə münasibətdə siyasəti onların miqyasca böyüklüyü və ya kiçikliyi deyil, qarşılıqlı maraqlar və bərabər hüquqlar üzərində həyata keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutur və artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında ölkəmizin mənsub olduğu regional məsələlərdə, hətta qlobal problemlərdə Azərbaycanla hesablaşırlar. Azərbaycan iki ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal məsələlərin həllinə öz töhfəsini verir".

Müraciətdə deyilir ki, Azərbaycan bu illər ərzində özünü Avropa və Avro-atlantik strukturlara etibarlı tərəfdaş kimi isbat etdi. TANAP və Trans-Adriatik qaz kəməri kimi iri strateji regional layihələrə imza atmaqla ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısı olma yolunda əməli addımlar atdı. Layihənin reallaşması nəticəsində əldə olunacaq gəlirlər təkcə indiki nəslin deyil, eyni zamanda, gələcək nəsillərin də rifah səviyyəsinin inkişafına bilavasitə xidmət edəcək. Azərbaycanın daxili siyasətində gənclərə xüsusi diqqət və qayğı ayrılmışdır və hazırda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır və ümumilikdə gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfındən tam dəstəklənir.

Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və rnütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son illər ərzində gənclərlə çoxsaylı görüşlər keçirib, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib və gəncliyimizə tam dəstək verdiyini bir daha təsdiqləyib:

"Azərbaycanda gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Hələ 70-ci illərdə azərbaycanlı gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsi prosesi başlanıb, bu günlər isə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 5 minə qədər gənc inkişaf etmiş xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında yüksək səviyyəli ali təhsil alır. Ümumiyyətlə, son on il ərzində gənclər siyasətinə ayrılan diqqət və qayğı onu göstərir ki. Azərbaycanın sosial yönümlü dövlət siyasətində gənclər sektoru ən önəmli prioritetlərdən birinə çevrilib. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki bölgədə, hətta bütün dünyada bir nümunə modeli kimi göslərilir və qəbul olunur. Ölkəmizdə həyata keçirilən gənclərlə bağlı beynəlxalq tədbirlər, imzalanmış fərmanlar, sərəncamlar, qəbul olunan qərarlar və sənədlər müstəqil Azərbaycanın gələcəyinə hesablanmış milli və dövlət siyasətinin nəticəsi, gənclərimizin gələcək xoşbəxtliyinin təminatıdır".

Müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövründə xalqımızın tarixinin, mədəni irsinin, adət-ənənələrinin qorunub saxlanması və dünyada geniş təbliğ olunması istiqamətində böyük işlər görülmüşdür:

"Ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsi də sürətlə inkişaf edir və biz bu gün qürur duyuruq ki, öz milli peyki olan Azərbaycanın vətəndaşıyıq. Dövlətimizin son illərdə idman sahəsində əldə etdiyi nailiyyətlər, о cümlədən birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsində və beynəlxalq Olimpiya yarışlarında qazandığımız qələbələr sayəsində bayrağımızın müntəzəm yüksəlməsində cənab Prezidentin xidmətləri əvəzsizdir.

Bu gün hər bir azərbaycanlını düşündürən, narahat edən ümummili məsələ Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qalmasıdır. "Qarabağ şikəstəsi" və "Xarı bülbül"ü dinləyəndə qəlbimiz parçalanır, köksümüzdəki yaralara duz səpilir. Xocalıda günahsız insanlara, körpələrə, ahıl və qadınlara amansız şəkildə soyqırım törədənlərin qələbə əhval-ruhiyyəsi hər bir azərbaycanlının heysiyyatına toxunur. Lakin biz Azərbaycan xalqının mərd oğlu İlham Əliyevin tezliklə ölkəmizin ərazi bütövlüyünü bərpa edə biləcəyinə, bu ədalətsizliyə son verə biləcək qətiyyətli, güclü və dönməz siyasət aparacağına əminik. Azərbaycan gəncliyinin milli vətənpərvər ruhda yetişməsinə ayrılan diqqət son illərdə hərbi-müdafiə büdcəsinin artması, ordumuzun peşəkarlıq səviyyəsinin artırılması, yeni hərbi texnika və avadanlıqlarla təchizat, yerli müdafiə sənayesi sahəsi istehsalının get-gedə genişlənməsi münaqişənin beynəlxalq hüquqa söykənən, hər bir mümkün yolla həlli istiqamətində aparılan ardıcıl siyasətin tərkib hissəsidir. Biz xaricdə yaşayan gənclər Prezidentin əməli səylərinə dəstək olmalı, diaspor fəaliyyətində Azərbaycanın haqq səsini geniş ictimaiyyətə çatdırmalı, münaqişənin həllində ölkəmizin sülhsevər və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini təbliğ etməliyik".

Qeyd olunur ki, ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə göstərilən dövlət qayğısı göz önündədir:

"Biz - Balkan regionunda yaşayan azərbaycanlı gənclər son illərdə dövlətimizin əldə etdiyi nailiyyətləri nəzərə alaraq, öz həmvətənlilərimizi müstəqil dövlətçilik ənənələrini uca tutaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik-hüquqi dövlət qurucııluğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş islahatların davamlı olaraq həyata keçirilməsinə əməli işlərlə töhfə verməyə; Azərbaycanın bundan sonra da inamla irəliləməsinə dəstək olmağa, bu məqsədlə bütün qüvvə və bacarıqlarını səfərbər etməyə; soydaşlarımız arasında milli birliyin, həmrəyliyin gücləndirilməsini, vətənpərvərlik və milli mənəvi dəyərləri aşılamağı, sosial, mədəni, təhsil və digər ictimai-faydalı işlərlə xalqımızın şanını və bayrağımızı yüksəklərə qaldırmağa; Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə Ali Baş Komandanımızın əmrini gözləyən və Ermənistan ordusu tərəfindən işğal edilən doğma torpaqlarımızı hər an azad etməyə hazır əsgər olmağa; Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə, öz əməli işi ilə xalqımızın etimadını və dəstəyini qazanmış layiqli övladı - fəaliyyəti və vədlərinə əməl etməklə hər birimizin prezidenti olduğunu xalqına və dünyaya sübut edən, ölkəmizdə sabitliyin, əmin-amanlığın saxlanılmasının, bıı günə qədər əldə olunmuş nailiyyətlərin davamlı olmasının təminatçısı İlham Heydər oğlu Əliyevin namizədliyini qarşıdan gələn prezident seçkilərində dəstəkləməyə çağırırıq".

Müraciətdə deyilir ki, bu gün dövlətimizin və xalqımızın bizim hər birimizin bilik və bacarığına, dəstəyinə və gücünə çox böyük ehtiyacı var. Xalqımızın və prezidentimizin Azərbaycan gənclərinə inamını, etibarını, ümidlərini və etimadını doğrultmaq zamanıdır:

"Vətənini, dövlətini və torpağını sevən hər bir azərbaycanlımıza dərin hörmət və ehtiramımızı bildirir, prezidentimizə və xalqımıza haqq və ədalət yolunda mübarizədə böyük Allahın yardımını diləyirik!"

Müraciəti 162 nəfər qəbul edib.

İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Bayden İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib
Bayden İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib
Braziliyada ötən sutka koronavirusdan 1 386 nəfər ölüb
Braziliyada ötən sutka koronavirusdan 1 386 nəfər ölüb
Loading Bars
Xəbər lenti
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı
Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri düşməni belə məhv edib (FOTO/VİDEO)
Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik
Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət
Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb - Agentlik
Vətən Müharibəsi iştirakçısı barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib
Modul Tipli Hospitalda qanunsuz işdən çıxarılma və maaşların gecikməsi iddialarına aydınlıq gətirildi
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
Xocavənd rayonunun Ağdam kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər